8 Aprel 2022 11:18
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.


Müəllif: Hacı Zeynalov