8 Aprel 2022 12:30
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Azər Qurbanov tutulub.

Teleqraf.com xəbər verir ki, bu şəxsdən külli miqdarda bükümlər şəklində qablaşdırdığı narkotik vasitə heroin, tiryək, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.

Azər Qurbanov ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxs barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Azər Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam edirilir.


Müəllif: Hacı Zeynalov