10 Aprel 2022 11:09
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Polis əməkdaşları yoxlamalar zamanı rayon sakini Amil Muradovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili qayda pozuntusuna yol verdiyinə görə saxlayıblar. Onun hərəkətləri şübhə doğurduğundan müvafiq müayinədən keçirilib və müayinəyə əsasən onun narkotik vasitə qəbul etdiyi məlum olub.

A.Muradov barəsində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov