11 Aprel 2022 10:40
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə aprelin 10-da, gecə saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb, 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuşlar - Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov