7 May 2014 15:13
752

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Türkiyənin İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messenceri Qaraheybət Təlim Mərkəzində qəbul edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimini izləyən qonağı salamlayan müdafiə naziri Azərbaycanla NATO arasında mövcud vəziyyəti və regionda baş verən hərbi-siyasi prosesləri müzakirə ediblər.

General-leytenant Q.Messencer qiymətləndirmə təlimində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin yüksək peşəkarlığı və hazırlığından məmnun qaldığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

BƏXTİYAR


Müəllif:
Загрузка...