Oxşar xəbərlər
Bakıda metroda ölüm hadisəsi baş verib.
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf.com-a bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.
"Təxminən səhər saat 06:30-da yaşlı bir kişi "Əhmədli" stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib. Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb".
Ölən şəxs Bakı şəhər sakini,1955-ci il təvəllüdlü Zülfəli Kazımovdur. Həkimlərin rəyinə əsasən o, ürək tutmasından vəfat edib.