REAL Elmira Süleymanovaya təşəkkür etdi
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi (ƏN) Penitensiar Xidmətinin 2 və 17 saylı Cəzaçəkmə Müəssisələrində başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının Teleqraf.com-a daxil olan məlumata görə, Müvəkkilin ünvanına daxil olmuş müraciətin yerində araşdırılması məqsədilə Ombudsmanın nümayəndələri Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlqar Məmmədovu qəbul ediblər.
Qəbul zamanı İlqar Məmmədov bir neçə gün öskürək və yüksək hərarətdən əziyyət çəkdiyini, xəstəliyi ilə əlaqədar ƏN Tibb Baş İdarəsinin həkimləri tərəfindən müayinə olunduğunu, hazırda müəssisənin tibb-sanitar hissəsində stasionar müalicə aldığını, müalicədən sonra səhhətinin getdikcə yaxşılaşdığnı bildirib.
Onun səsləndirdiyi bəzi fikirlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb, həmçinin səhhətinin nəzarətdə saxlanılması tibb-sanitar hissəsinin baş həkiminə tövsiyə olunub.
Həmin gün Ombudsmanın nümayəndələri həmçinin 17 saylı CÇM-də də olublar, müəssisənin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.
Saxlanıldıqları kameralarda təklikdə qəbul edilmiş şəxslərlə konfidensial qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanma şəraiti və rəftarla bağli şikayət etməyiblər.
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli REAL-ın müraciətinə vaxtında reaksiya verdiyi üçün Ombudsman Apatına təşəkkür edib.
Nərgiz