13 Aprel 10:03
214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metropolitenində qatarda problem yaranıb.

Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, hadisə səhər saatlarında "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib.

"Qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən "Neftçilər" stansiyasında, normativ qaydalara görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Əlavə qatar verilib", -B.Məmmədov deyib.


Müəllif: Teleqraf.com