13 Aprel 2022 11:14
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 850 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanov və Ruslan Saburov saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların birlikdə Sabunçu rayonu ərazisində digər bir mağazadan 1036 manat dəyərində tütün məmulatı, danışıq kartları, bir köşkdən 100 manat dəyərində tütün məmulatı və enerji içkiləri oğurlaması, həmçinin Samir Süleymanovun 2019-cu ilin mart ayından cari il mart ayınadək olan müddətdə Sabunçu rayonu ərazisində 20 evdən, 1 müəssisədən, 1 çay evindən, 1 kafedən, 3 avtomobildən pul, qızıl-zinət və məişət əşyaları, təmir-tikinti alətləri, eləcə də “Bakı Telecom” MMC-yə məxsus dəyəri 3000 manatdan artıq olan rabitə kabelini oğurlaması da müəyyən olunub.


Müəllif: Hacı Zeynalov