14 Aprel 2022 12:15
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov