14 Aprel 2022 14:06
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Mütalif Abbasov saxlanılıb.

Onun Bərdə rayonunun Qaradəmirçi kəndində yaşadığı ünvana baxış keçirilən zaman “Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilib.

Faktla bağlı Laçın rayon polis şöbəsində istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov