16 Aprel 2022 10:56
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsinə aprelin 15-də saat 23 radələrində Çinarlı qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini M.Eyyubovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nazim Novruzov saxlanılıb.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov