16 Aprel 2022 19:54
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda xuliqanlıq edən şəxs həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Rayon sakini Sahil Əzizov aralarında yaranan mübahisə zamanı həmyerlisinə bıçaqla xəsarət yetirib.

S.Əzizov bununla yanaşı ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ucadan nalayiq söyüşlər ifadə edib.

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən Sahil Əzizov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov