25 Noyabr 2014 21:58
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda demoqrafik vəziyyət ağırdır. Artıq bunu erməni cəmiyyətində də etiraf edirlər”. Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, bu vəziyyət Ermənistanı fəlakətə aparır. Onun sözlərinə görə, yaranmış vəziyyətin səbəbi bu ölkənin işğalçı siyasət aparmasıdır: “İşğalçı siyasət nəticəsində Ermənistan qonşuları ilə münasibətləri pozub. Bu ölkə regionda həyata keçirilən layihələrdə iştirak etməkdən məhrum olub. Eyni zamanda, hakimiyyətin kriminal idarəçiliyi əhalini ölkəni tərk etməyə məcbur edir. Ermənistanda dolanışıq o qədər ağırdır ki, insanlar sürətlə başqa ölkələrə üz tuturlar. Əgər ermənilər rifah içində yaşamaq istəyirlərsə, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Məhz bundan sonra Ermənistan əhalisi üçün sosial rifah halı müsbətə doğru dəyişə bilər”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər