18 Aprel 2022 09:14
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

Magistral şossenin birinci zolağında “Toyota” markalı avtomobil nasaz vəziyyətdə olduğu üçün dayanıb. Nasaz maşını görən “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.

Ani dayanan avtomobilə eyni istiqamətdə hərəkətdə olan “Opel” markalı” maşın daha sonra “Saipa” markalı nəqliyyat vasitəsi çırpılıb.

Qəza nəticəsində “Saipa”da olan bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com