19 Aprel 2022 10:34
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.

"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib", - DİN rəsmisi vurğulayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".


Müəllif: Teleqraf.com