19 Aprel 2022 11:14
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov