19 Aprel 2022 11:29
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov