19 Aprel 2022 20:41
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşadığı bildirilən amerikalı jurnalist Lindi Tayler Snellin sosial şəbəkələrdə hərbi qulluqçuları hədəfə alaraq, gələcək əməliyyatlarla bağlı məlumat topladığı üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, amerikalı jurnalistin bu məqsədlə Feysbuk, Tvitter və İnstaqram kimi sosial şəbəkələrdə Türkiyə ilə yanaşı, Azərbaycandan olan hərbçilərlə əlaqə yaratmağa cəhd etdiyi bildirilib.

Snellin hərbçilərlə Tinder kimi proqramlarla əlaqə saxladığı, onlarla cinsi söhbətlər etdiyi, foto və videolar göndərdiyi iddia edilib.

Amerikalı jurnalistin sosial şəbəkə hesabları vasitəsilə xaricdəki hərbi qulluqçuları, xüsusən də Türkiyə və Azərbaycan hərbçilərini də hədəfə aldığı, “tələ”yə saldığı şəxslərdən hərbi əməliyyatlar və hərbi varlığı ilə bağlı ətraflı məlumat almağa çalışdığı deyilib. Snellin İkinci Qarabağ müharibəsi zamanı da Türkiyə və Azərbaycana qarşı fəaliyyətlər həyata keçirdiyi, Ermənistanla əməkdaşlıq edərək, hər iki ölkənin əleyhinə məqalələr yazdığı da diqqətə çatdırılıb.

Lindi Snell 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni keçərkən saxlanılıb. Həmin ilin avqust-oktyabr ayları arasında “hərbi qadağan zonanı pozmaq və casusluq” ittihamı ilə saxlanıldıqdan sonra deportasiya edildiyi bildirilib.

Türkiyəyə girişi qadağan edilən ABŞ vətəndaşı Lindsei Tayler Snellin sosial şəbəkələrdə PKK/YPG və FETÖ terror təşkilatları əlaqədə olduğu, eyni zamanda fəthullahçı terror təşkilatına məxsus “The Investigative Journal” saytı üçün işlədiyi iddia edilib.


Müəllif: Mənsur Rəğbətoğlu