20 Aprel 2022 17:36
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində Gəncə çayının sahilində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 metr olan çay sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə N.Ağayevanı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Müəllif: Teleqraf.com