24 Aprel 2022 09:41
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Mollavaizli kənd sakini Qismət Rustamov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı Q.Rustamov qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov