28 Aprel 16:19
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Bəybalalar kəndində yaşayan Vüsal Ağayev və qardaşı Əyyub saxlanılıblar.

V.Ağayevin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 374 ədəd, qardaşı Asifin həyətyanı sahəsindən isə 111 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov