1 May 2022 23:25
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda ikimərtəbəli fərdi yaşayış evi yanıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Həmzə Məhərrəmli kəndində qeydə alınıb.

Kənd sakini, 61 yaşlı İsmayılov İlham Əbülfəz oğluna məxsus, ümumi sahəsi 260 m² sahəsi olan ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə yanğına səbəb elektik cərəyanında yaranan qısaqapanmadır. Faktla bağlı araşdırma aprılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər