2 May 2022 00:26
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda 5,3 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Dmanisi rayonunun Yırğançay kəndi yaxınlığında qeydə alınıb.

Yerli vaxtla 23:35-də baş vermiş zəlzələ paytaxt Tbilisidə də hiss edilib.

Dağıntı və tələfat barəsində hələki məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər