Oxşar xəbərlər
Abşeron rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Güzdək qəsəbəsində 1971-ci il təvəllüdlü E.Məmmədov həyat yoldaşı, 1979-cu il təvəllüdlü Radə Məmmədovanı bıçaqlayıb.
E.Məmmədov həyat yoldaşının hərəkətsiz qaldığını görüb və onun öldüyünü zənn edib.
Daha sonra o, özünü asaraq intihar edib.
Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.