4 May 2022 13:26
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Quyçu kənd sakini Vahid Qurbanov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 55 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər