27 Noyabr 2014 11:40
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kiminsə siyasi sığınacaq alması üçün 100 illik partiya bəyanat yayırsa, bu, çox pisdir"

Gənc fəal Bəxtiyar Hacıyev Müsavat Partiyasını tənqid edib. Bu haqda Hacıyev özünün Facebook səhifəsində yazıb.

Teleqraf.com onun statusunu olduğu kimi təqdim edir: “M. Ə. Rəsulzadə dirilsə və bu gün Müsavat Partiyasının durumunu görsə, yəqin ürək tutmasından yenidən dünyasını dəyişər. Hakimiyyətə və ədalətli idarəetməyə iddialı olan Müsavat Partiyası deyəsən, yeni biznesə girişib. Yanılmaq istəyirəm.

Bu gün Müsavat Partiyası bir bəyanat yayıb ki, üzvlərindən bir nəfər NİDA-çıların məhkəməsində iştirak etdiyinə görə Nəsimi polisində döyülüb və onun həyatına təhlükə var.

İnternetdə adı birinci dəfə çıxan bu şəxs (Müsavat funksionerinin oğlu) nə vaxt döyülüb, kim tərəfindən döyülüb? Bəyanatda niyə tarix, saat, yer və hadisə göstərilmir? Döyülmə, pis rəftarla bağlı məhkəməyə (son pillə olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə getmək üçün) müraciət edilibmi? Hansısa orqana şikayət edilibmi? Mətbuatda bu barədə niyə yazılmayıb indiyə qədər? Tanıdığım müsavatçılardan, NİDA-çılardan, jurnalistlərdən soruşdum, dedilər birinci dəfədir belə şey eşidirik”.

Hacıyev qeyd edib ki, döyülmə və kiminsə həyatına, azadlığına real təhlükə yoxdursa və kiminsə siyasi sığınacaq alması üçün 100 illik partiya bəyanat yayırsa, bu, çox pisdir: “Bunun üçün məhbusların adlarından istifadə edilirsə, lap pis”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər