Neftçala rayonunda oğurluğa gələn şəxs ev sahibinə xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, Neftçala rayon polis şöbəsinə mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girən şəxsi saxlamağa cəhd göstərərkən xəsarət alması, həmin şəxsin bu zaman köməyə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Qalib Müqabilzadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.