Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əhmədov saxlanılıb.
Araşdırmalarla onun 100 min rubl, 500 ABŞ dolları və 150 manat pul oğurladığı müəyyən edilib.
Faktla bağlı Yevlax rayon polis şöbəsində cinayət işi başlanılıb.
X.Əhmədovun digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.