Ukrayna ordusu Rusiyaya məxsus Mi-24 hücum helikopterini vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.
“Dünən Rusiyaya məxsus Mi-24 hücum helikopteri Ukrayna Silahlı Qüvvələrinin ayrı-ayrı hava desant-hücum briqadası tərəfindən tapşırıqların yerinə yetirildiyi ərazilərdən birində, 80 saylı hava hücumundan müdafiə bölməsində "Stinger"lə vurulub”, - məlumatda deyilir.
Komandanlıq qeyd edib ki, bu, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi zamanı Hücum Qoşunlarının bölmələri tərəfindən vurulan on beşinci rus helikopteridir.