12 May 2022 13:41
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə mayın 10-na keçən gecə Ə.Cavad küçəsindəki mağazaların birindən 5 ədəd mobil telefon və 2 ədəd qulaqcığın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qurbanov müəyyən edilərək saxlanılıb.

Bundan başqa, paytaxtın Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə B.Nuriyev küçəsində yerləşən ofislərin birindən 300 manat pul, 600 manat dəyərində kameranın yaddaş bloku və açar oğurlanması, həmçinin ofisin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil G.Şıxlinski küçəsində tapılmış, bu əməlləri törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Fədail Qəniyev müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov