15 May 2022 12:35
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, qəzada ölənlər kürəkən və qayındır.
Faktla bağlı araşdırma aparılır. (report)

Müəllif: Mənbə/Report