16 May 2022 10:45
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də saat 14 radələrində Yevlax rayonu ərazisində “VAZ-2101” markalı avtomobil manevr qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücü, rayon sakini Qalib Hüseynovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Yevlax rayon Məhkəməsinin qərarı ilə Q.Hüseynov inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər