Daxili İşlər Nazirliyi bazar günü baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, mayın 15-də saat 14 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini K.İsgəndərov idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Əzizovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Mayın 15-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini C.Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi İlyas Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Mayın 15-də saat 23 radələrində Sabirabad şəhəri ərazisində Saatlı şəhər sakini A.Atabəyli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Aidə Hüseynovanı vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.
***
11:19
Daxili İşlər Nazirliyi şənbə günü baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, mayın 14-də saat 20 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində rayon sakinləri Afiq Mahmudovun idarə etdiyi “VAZ-21064” və K.Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə A.Mahmudov və sərnişini Cumar Mirzəyev hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, həmin gün saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.