27 Noyabr 2014 17:15
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Çexiya xarici işlər naziri Lubomir Zaoralek tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, çexiyalı nazir L.Zaoralek Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ölkələr arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Çexiya tərəfinin Azərbaycanın tikinti və nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğu qeyd edilib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər