18 May 2022 11:24
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə mayın 17-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birinin həyətindən Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə şəhər sakini Səfyar Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsi ərazisində idarə edilərkən saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsinin onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nicat Bayramov tərəfindən qaçırılması müəyyən olunub.

Məlum olub ki, Nicat oğurladığı avtomobili qardaşına verib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov