18 May 2022 19:53
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" xəttində hərəkət edən qatar "Gənclik" stansiyasında olarkən onun salonunda tüstü effektli spesifik qoxu hiss olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, maşinist qatara baxış keçirib. Hər hansısa problem aşkarlanmayıb.

Bununla belə, sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb.

"Nizami" stansiyasında qatara təkrar baxış keçirilib. Yenidən problem aşkarlanmasa da, onun müvəqqəti ehtiyat qatarla əvəzlənməsi qərara alınıb. Nəticədə, "Nizami-Dərnəgül" və əks istiqamətdə intervalda 3 dəqiqə fərq hiss olunub.

Hadisənin vaqonlardan birinin qapısına müdaxilə ehtimalı ilə maşinistin qəfil tormozlaması nəticəsində baş verdiyi ehtimal olunur. Belə hallarda qatarın təkərlərinin qəliblərindən məhz spesifik tüstü təsirli qoxu hiss olunur.

Dəqiq araşdırma aparılır.


Müəllif: Teleqraf.com