19 May 2022 12:38
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə rayon ərazisindəki 1 evdən 1600 ABŞ dolları, 10000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 800 manat pul və 233 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Şahverdizadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov