23 May 2022 13:06
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda polis əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Beyləqan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılıb.

Kənan Mirzəli saxlanılarkən polisə tabesizlik göstərib, qaçmağa cəhd edib.

Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülmüş tədbirlərlə o, saxlanılıb.

Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov