Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, xəsarət alanlardan bir tanınmış azərbaycanlı aktyor Kamran Dadaşzadədir. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Davaya müdaxilə etmək istəyən polis məmuru boyun və kürəyindən xəsarət alıb.
Toqquşmada Zahide Bozan, Fatih Çakırtaş, Ahmet Memiş, Suat Alp, Ahmet Korkular, Kamran Dadaşzadə və İbrahim Halil Küçükyılmaz yaralanıb.
Məlum olub ki, Polat Öztürk, Ayhan Öztürk, Mahmut Korkular və Remzi Korkular arasında əvvəllər də düşmənçilik olub.
Qeyd edək ki, yaralanan aktyor Kamran Dadaşzadə "Savaşçı" filmində rol alıb.