Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov Avropa İttifaqını sərt tənqid edib.
Spiker Avropa Parlamentinin prezidenti Şlutsun son bəyanatına münasibət bildirib:
“İlk növbədə öz daxillərinə baxsınlar. Orada olan diskriminasiyaya, miqrantlara münasibətə, başqa ölkələrdə polislərin apardığı qəddarlığa baxsınlar. Bu məsələlərə heç bir münasibət bildirmirlər. Bunların başqa işləri-gücləri yoxdur? Avropa bütün diqqətini bir neçə müsəlman ölkəsinə yönəldib, onlara qarşı şərləmə işi ilə məşğuldur. Artıq siyasi mədəniyyətdən başqa açıq şəkildə yalan danışmağa başlayıblar.
Cənab Şluts deyir ki, Azərbaycan dövlətinə müraciət edib ki, Leyla Yunusla əlaqədar parlament qrupu gəlsin Azərbaycana. Bu məlumat tamamilə yalandır. Nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə heç bir müraciət olmayıb. Hətta bizdə olan məlumata görə, heç bir qrup da təşkil edə bilməyiblər. Avropa Parlamentinin iclasında belə açıq yalan danışmaq heç bir siyasi xadimə hörmət gətirmir. Biz necə münasibət görürük, eləcə də münasibət sərgiləməliyik, soyuq münasibət-soyuq münasibət. Biz çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələrimizi yüksək səviyyədə quraq. Bizim deputatlar AP-nin tədbirlərinə tam şəkildə gedirlər, Azərbaycanda toplantı keçiririk, 35 üzvdən 2-3 nəfəri gəlir. Belə barmaqarası münasibətə biz də barmaqarası münasibət göstərməliyik”.
Nemət