27 May 2022 09:32
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunun “Sahil” stansiyasında bir nəfərin halı pisləşib.

Teleqraf.com xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Belə ki, sərnişinlərdən biri metronun vestibülünə girərkən halının pis olduğunu deyib.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, sərnişinin vəziyyətinin pisləşməsi metro ilə əlaqəli deyil:

“Sərnişin stansiyaya daxil olmamış vəziyyətinin yaxşı olmadığını deyib. Metropoliten əməkdaşları gənc xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Sərnişinin huşu özündə olub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər