3 İyun 2022 10:06
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Xankişiyeva mayın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Məlumata görə, itkin düşən şəxsin boyu 145 sm, orta bədən quruluşlu,gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır.

“Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu rayon polis şöbəsinin (020)226-27-93 şəhər və 055-820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov