3 İyun 2022 11:57
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin mayın 21-də, saat 07 radələrində Şirvan şəhər sakini 2004-cü il təvəllüdlü Əli Ələkbərovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Şirvan şəhər prokurorluğundan bildirilib.

Araşdırmalarla müəyyən edilib ki, Əli Ələkbərov yağışlı hava şəraitində yaşadığı Şirvan şəhəri, N.Tusi küçəsində hərəkətdə olarkən transformatora yaxın dəmir dayağın söykənəcəyindən tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov