3 İyun 2022 13:07
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, İlqar Ələsgərov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “tiryək” aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov