4 İyun 2022 09:17
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Müəllif: Teleqraf.com