4 İyun 2022 09:39
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında bir-birinə bitişik tikilən 3 ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 20 m² olan evin yanar konstruksiyaları və sahəsi 22 m² olan evin dam örtüyü 10 m² sahədə yanıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com