4 İyun 2022 13:39
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nəticədə A.Məmmədov hadisə yerində ölüb, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com