6 İyun 2022 11:25
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 1-də Masallı rayonu ərazisində Bakı şəhər sakini Elvin Musayevin idarə etdiyi “Renault”, iyunun 4-də isə Bakı şəhər sakini Nəcəf Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində inzibati protokollar tərtib olunaraq Masallı rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə E.Musayev nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 5 gün müddətinə, N.Məmmədov isə 5 gün müddətinə inzibati qaydada həbs olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov