7 İyun 2022 15:24
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Esam LTD” şirkətinin barəsində məhkəmədə iş qalıdırılıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, “Esam LTD” şirkətinin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə müvafiq dövlət qurumu tərəfindən inzibati qaydada protokol yazılıb.

Həmin protokol araşdırılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Şikayət araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib.

Məhkəmənin baxış iclası iyunun 15-nə təyin edilib.

Qeyd edək ki, bu maddə üzrə tənbeh olunan vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Esam LTD” şirkəti satılması üçün gətirdiyi malların valyuta xərcini ödəməkdən yayınmaqda təqsirli bilindiyi iddia olunur.

Xatırladaq ki, “Esam LTD” şirkəti dərman preparatlarının Azərbaycana idxalı və marketinqi ilə məşğul olur.

Şirkətin həmtəsisçisi və Marketinq direktoru Mehriban Yusubovadır.


Müəllif: Hacı Zeynalov